Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Daşkəsəndə Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə tədbir keçirilib

15.04.2026

Aprelin 14-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətin başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları eləcədə şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər, daha sonra xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir konsert proqramı ilə davam edib, sonda isə bir qrup mədəniyyət işçisi səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.