Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən abadlıq və yaşıllaşdırma tədbirləri davam etdirilir.

23.04.2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən abadlıq və yaşıllaşdırma tədbirləri davam etdirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində Nizami Gəncəvi Muzeyinin ərazisində yaşıllıq zonalarının genişləndirilməsi məqsədilə növbəti tədbir təşkil olunub.

22 aprel — Beynəlxalq Yer Günü münasibətilə keçirilən aksiyada muzeyin kollektivi, eləcə də Gəncə Dünya Məktəbinin müəllim və şagird heyəti iştirak edib.

Tədbir zamanı ümumilikdə 50 ədəd müxtəlif növ meyvə ağacı əkilib. Aksiya ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin artırılmasına və ziyarətçilər üçün daha sağlam və estetik mühitin yaradılmasına xidmət edir.

Qeyd olunmalıdır ki, bu kimi tədbirlər mədəni irsin qorunması ilə yanaşı, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.